Bizdən başqa… Səndən heç nə istəmirəm Doluxsunan gözdən başqa. Unut bütün məktubları Bircə kəlmə sözdən başqa. O nə mənzil ,o nə qatar? Ayrılığı mənə çatar. Nə istəsən apar,apar O cığırdan,izdən başqa. Yol aşıram çaşa-çaşa Tabım yoxdur bu savaşa. Bu nə ömür,nə tamaşa Hamı qoşa,bizdən başqa. |
|